NEYMAR YUBİLEY QOLUNU VURDU, XƏSTƏXANALIQ OLDU - VİDEO

NEYMAR YUBİLEY QOLUNU VURDU, XƏSTƏXANALIQ OLDU - VİDEO
Futbol, Video, Foto
07 Oktyabr 2016 - 12:33


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Boliviya - Braziliya görüşü "sambaçılar"ın futbolçusu Neymar üçün əlamətdar olub.

 

Supersport.Az xəbər verir ki, Neymar görüşdə yubiley qolunu vurub. Oyunda hesabı açan Neymar karyerasının 300-cü qolunu vurub. Ulduz futbolçu Braziliyanın əsas millisində 49, aşağı yaş qrupları üzrə yığma komandalarında 18, “Barselona”da 95, “Santos”da isə 138 qol vurub.
Neymar oyunun 69-cu dəqiqəsində əvəzlənib. Buna səbəb top uğrunda mübarizə zamanı "sambaçı"nın dirsək zərbəsi ilə üzləşməsi olub. Yasmani Dukun zərbəsinə tuş gələn Neymar qanlar içində yerdə qalıb. Həkim müdaxiləsindən sonra o, xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, qarşılaşma Braziliyanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

 





Digər xəbərlər