ROMAN QRİQORÇUK: "BU, BİZİM ÜÇÜN TARİXİ NƏTİCƏDİR"

ROMAN QRİQORÇUK: "BU, BİZİM ÜÇÜN TARİXİ NƏTİCƏDİR"
Futbol
29 İyul 2016 - 00:50
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Fransada "Lill"lə qollu heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib.

Ukraynalı mütəxəssis deyib:

"Rəqibin səviyyəsini, reytinqini nəzərə alsaq, bu heç-heçə bizim üçün tarixi nəticədir. Biz bu hesabdan çox razıyıq. Komandamızın adından deyirəm ki, bu nəticəni Cavid Hüseynova həsr edirik. Əlbəttə ki, özümüzə inanırıq. Mərhələ adlamaq üçün bizdən asılı olan hər şeyi edəcəyik. Özünəinamımızı o artırır ki, bir həftəyə daha yaxşı oynaya biləcək potensialımız var. Təcrübə oyundan-oyuna qazanılır. "Lill" yüksək sürətə malik futbolçulardan təşkil olunub. Onlara qarşı ya eyni dərəcədə sürətli olmalısan, ya da taktikadan yararlanmalısan".

Digər xəbərlər