"QƏBƏLƏ"Nİ QRUPDA GÖRMƏK İSTƏYİRƏM" - VİDEO

"QƏBƏLƏ"Nİ QRUPDA GÖRMƏK İSTƏYİRƏM" - VİDEO
Futbol, Video
09 İyul 2016 - 12:42
Supersport.Az Gürcüstanda keçirilən Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ"ni məğlub edən "Samtredia"nın baş məşqçisi Giya Tsetsadzenin fikirlərini təqdim edir.

Gürcü mütəxəssis Qəbələ klubunun mərhələ keçməyə layiq olduğunu və bu komandanı qrupda görmək istədiyini  bildirib:

"Mən ilk növbədə "Qəbələ"ni mərhələ adladığı üçün təbrik edirəm. Arzu edirəm ki, bu komanda qrupa düşsün. Komandama gəlincə, oyunundan razı qalmaya bilmərəm. Hesab edirəm ki, bizim bəxtimiz gətirmədi. Adətən güclü komandalar növbəti mərhələyə vəsiqə qazanır. Biz 4:0 hesabı ilə qalib gəlməyi düşünürdük. Oyun baxımlı və maraqlı alındı. Azarkeşlərin razı qaldığını düşünürəm.

Etiraf edim ki, "Qəbələ" "Samtredia"dan güclü idi. Komanda usta futbolçulardan təşkil olunub. Bakıda böyükhesabla məğlub olmağımızın səbəbi təcrübə azlığı, əsəbi gərginlik və müdafiədə kobud səhvlər oldu".


 

Digər xəbərlər