İLHAM ƏLİYEV OLİMPİADA BAYRAQDARINI MÜƏYYƏNLƏŞDİRƏCƏK

İLHAM ƏLİYEV OLİMPİADA BAYRAQDARINI MÜƏYYƏNLƏŞDİRƏCƏK
Olimpiya, Rio-2016
23 İyun 2016 - 12:43
Rio Olimpiadasında Azərbaycan yığmasının bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.

Supersport.Az-ın xəbərinə görə, bu barədə məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bununla bağlı son qərarı Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev verəcək. Lakin ilk növbədə, Teymur Məmmədovun Braziliyada keçiriləcək olimpiadaya vəsiqə qazanması lazımdır: "Boksçumuz Teymur Məmmədovun Rio-2016-ya lisenziya qazanacağına ümid edirik. Biz çox istərdik ki, Olimpiadada bayraqdarımız Teymur olsun. Amma son qərarı Milli Olimpiya Komitəsinin prezidenti verəcək. Bizim təklifimiz Teymur olacaq".

Qeyd edək ki, Teymur Məmmədov hazırda Bakıda keçirilən lisenziya xarakterli Dünya Olimpiya təsnifat turnirində iştirak edir.

Digər xəbərlər