UEFA BEBEKİ CƏZALANDIRDI

UEFA BEBEKİ CƏZALANDIRDI
Futbol
12 İyun 2016 - 19:52
Supersport.Az-ın məlumatına görə, UEFA Hakim Komitəsi bəzi referilərlə bağlı qərar verib.

"Fənərbağça" xorvat İvan Bebekdən şikayət etmişdi.

Bebek, Elit hakim qrupundan birinci kateqoriyaya göndərilib.

Avropa Liqasında "Fənərbağça"nı sındıraraq, "Braqa"nın 4-1-lik qələbəsinə nail olan İvan, türk klubunun 3 futbolçusuna qırmızı vərəqə göstərib və baş məşqçisi Pereyranı tribunaya göndərmişdi. Xorvat hakimin səhv qərarları oyunun nəticəsinə təsir göstərdi.

Bundan başqa, "Olimpiakos" - "Anderlext" qarşılaşmasında səvləriylə gündəmə gələn hakim Arnold Hunter də aşağı liqaya düşürülüb. Şimali İrlandiyalı referi, ikinci kateqoriyaya endirilib.

Digər xəbərlər