AZƏRBAYCAN FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATI KEÇİRMƏK İSTƏYİR

AZƏRBAYCAN FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATI KEÇİRMƏK İSTƏYİR
Futbol
31 Mart 2016 - 21:13
Azərbaycanda növbəti dünya çempionatı keçirilə bilər.

Supersport.Az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino bildirib.

DÇ-2030 üçün Uruqvayın namizədliyinə münasibətini bildirən İnfantino qeyd edib ki, ilk növbədə 2026-cı ildə keçiriləcək yarış haqqında düşünmək lazımdır.

Namizədlər sırasında Azərbaycan və Türkiyənin birgə müraciəti də yer alır. Mundialı Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, müştərək olaraq Avstraliya və Yeni Zellandiya da keçirmək istəyir.

Amma hazırda bu ölkələrin hamısı rəsmi müraciət göndərməyiblər.

 

Digər xəbərlər