"Zirə" - "Kəpəz" matçında 4 qol, 4 qırmızı vərəqə

"Zirə" - "Kəpəz" matçında 4 qol, 4 qırmızı vərəqə
Futbol
25 Dekabr 2022 - 17:03
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub.

Supersport.Az xəbər verir ki, 18-ci turun son oyununda "Zirə" "Kəpəz"i qəbul edib. Gərgin və dramatik keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Bu, ölkə çempionatında 2022-ci ilin son matçıdır.

Qeyd edək ki, mövsümün ikinci yarısı 2023-cü il yanvarın 24-də start götürəcək.

25 dekabr (bazar)

15:00. “Zirə” – “Kəpəz” - 2:2 

Qollar: Rəhim Sadıxov, 11 (1:0), Fərid Nəbiyev, 25 (1:1), Nicat Süleymanov, 41 (1:2), Sertan Taşkın, 90+8 (2:2)

Qırmızı vərəqə: Coşqun Diniyev, 18, Nemanya Andelkoviç, 21 (ikisi də "Zirə"), Elçin Əlicanov, 58, Georgi Kantariya, 90+1 (hər ikisi "Kəpəz")

Ləğv olunan qol: Mixeil Erqemlidze, 90+5 ("Kəpəz")
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu

24 dekabr (şənbə)

17:30. “Səbail” – “Qarabağ” - 0:3

15:00. “Qəbələ” – “Turan Tovuz” - 0:0

23 dekabr (cümə)

18:30. “Sumqayıt” – “Sabah” - 0:6

16:00. “Neftçi” – “Şamaxı” - 3:0

 

Digər xəbərlər