Azərbaycan Gürcüstanla idman sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan Gürcüstanla idman sahəsində əməkdaşlığı müzakirə etdi
Digər
19 Noyabr 2021 - 16:19
Supersport.Az-ın məlumatına görə, bu gün gənclər və idman naziri Fərid Qayıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Səfirliyin müşaviri Giorgi Buaçidze ilə görüşüb. Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələrin əhəmiyyəti vurğulanıb. Nazir Fərid Qayıbov qonağa ölkəmizdə gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib. Görüş zamanı ölkələrimiz arasında müvafiq sahələrdə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

 

Digər xəbərlər