Samir Abasov "Barselona"nın prezidentiylə görüşdü

Samir Abasov "Barselona"nın prezidentiylə görüşdü
Futbol
113
26 Aprel 2024 - 12:15

Supersport.Az xəbər verir ki, "Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir. Bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib. 


Barselona klubunun məşqlərini izləyən çalışdırıcı, Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb. 


Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub. 


Bu səfərdə Samir Abasovu Sumqayıt klubunun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.


Samir Abasovun Barselona klubunda təcrübə proqramı davam edir. 


Proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən azərbaycanlı mütəxəssis, gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 


Samir Abasov səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. 


"Sumqayıt"ın baş məşqçisi ötən gün əsas komandanın məşqini izləyib və "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.

Digər xəbərlər