Azərbaycanın yığma komandaları Avropa çempionatına gedir

Azərbaycanın yığma komandaları Avropa çempionatına gedir
Digər, Sambo
212
06 May 2024 - 13:54

9-12 may tarixlərində Serbiyanın Novi Sad şəhərində sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri keçiriləcək.

Supersport.Az-a Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, bu mötəbər idman tədbirində ölkəmizi 3 yaş qrupu üzrə ümumilikdə 22 samboçu və 2 məşqçi təmsil edəcək. 9-10 may tarixlərində Avropa çempionatı, 11-12 mayda isə Avropa birincilikləri baş tutacaq.


Millilərimiz 22 idmançı ilə təmsil olunacaq. Bunların 7-si böyüklər, 7-si gənclər və 8-i yeniyetmələr kateqoriyasında mübarizə aparacaq.


Böyüklər: Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ağani Məmmədov (88 kq), Rəsul Aydəmirov (98 kq), Sabir İsayev (+98 kq);


Gənclər: Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq);


Yeniyetmələr: İsmayıl Əlipənahov (53 kq), Ziyəddin Zeynallı (58 kq), Nicat Süleymanlı (64 kq), Mikayıl Əmirov (71 kq), Roman Qarayev (79 kq), Əli Əliyev (88 kq), Ramal Cavadov (98 kq), Hacbaba İmaməliyev (+98 kq).


Qeyd edək ki, komandalarımıza böyüklərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcısı Bəxtiyar Hacıyev rəhbərlik edəcək.

Digər xəbərlər