Qonaqların qələbə günü
Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.
Tovuzda "Turan Tovuz" "Zirə"ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakıda "Araz-Naxçıvan"la "Sabah" üz-üzə gəlib. Burada da qonaqlar qələbəyə sevinib.
Azərbaycan Premyer Liqası
5 may (bazar)
“Turan Tovuz” – “Zirə” 1:2
Qollar: Fərid Nəbiyev 53 - Suma 14, Sezar Meza Kolli 70
Qırmızı vərəqə: Roderik Miller 90+7
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Araz-Naxçıvan” –“ Sabah” 0:1
Qol: Ayaz Quliyev 2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov