Millimiz üçün daha bir rəqib

Millimiz üçün daha bir rəqib
Futbol
115
06 May 2024 - 15:57

Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

Supersport.Az AFFA-ya istinadən xəbər verir ki, millimiz iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Digər xəbərlər