"Qarabağ"la oyun ərəfəsində "Braqa"ya azarkeşləri qəzəbləndi

"Qarabağ"la oyun ərəfəsində "Braqa"ya azarkeşləri qəzəbləndi
Futbol
12 Fevral 2024 - 21:27

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ərəfəsində "Qarabağ"ı qəbul edəcək "Braqa" azarkeşləri rəhbərliyə əsəbləşib.

Fanatlar komandanın aparıcı futbolçularından biri Əl-Musratinin "Beşiktaş"a satılmasına etiraz edir və hesab edirlər ki, liviyalı oyunçunun yerini doldurmaq asan olmayacaq. 

Türkiyə klubu futbolçunu almaq üçün 14,5 milyon avro ödəyib. 

Qeyd edək ki, "Braqa"-"Qarabağ" matçı fevralın 15-də keçiriləcək.




Digər xəbərlər