"Qarabağ" reytinqdə gerilədi
Futbol
699
27 Oktyabr 2024 - 08:30
Supersport.Az saytının məlumatına görə, Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.
Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqanın 3-cü turu çərçivəsində Bakıda Niderlandın "Ayaks"ıyla matçda 9 nəfərlə 0:3 hesabı ilə məğlub olduğu üçün geriləyib.
Qurban Qurbanovun komandası UEFA reytinqində "Ferentsvaroş"la 32,000 xalla 58-ci pilləni bölüşür.
"Qarabağ" əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. Ağdam komandası reytinqdə ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.
Qeyd edək ki, 130 xalla "Mançester Siti" reytinqdə liderdir.