"Səhvlərimin üzərində işləyəcəyəm" - Cəbrayıl Həsənov

"Səhvlərimin üzərində işləyəcəyəm" - Cəbrayıl Həsənov
Digər, Güləş, Video
23 Oktyabr 2018 - 09:38


"Bura çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı".

Supersport.Az-ın məlumatına görə, bu sözləri Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov deyib.


79 kq çəki dərəcəsində yer alan yığmanın kapitanı çempionluq üçün nəyinsə çatmadığını söyləyib: Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm".

Qeyd edək ki, C.Həsənov həlledici görüşdə ABŞ idmançısı  Kayl Duqlas Deykə uduzub.












Digər xəbərlər