Güləşçilərimizdən 3 qızıl, 2 gümüş, 1 bürünc medal

Güləşçilərimizdən  3 qızıl, 2 gümüş, 1 bürünc medal
Digər, Güləş, İslamiada-2021
10 Avqust 2022 - 21:25
Bir 4 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'AMİ DA LAMIC' görseli olabilir

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov (86 kq) final görüşünə çıxıb.

Supersport.Az xəbər verir ki, o, iranlı Alirza Kərimi ilə qarşılaşıb. Təmsilçimiz  0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, turniri gümüş medalla başa vurub
 Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçilər Hacı Əliyevlə (65 kq)  Turan Bayramov (74 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.

Digər güləşçimiz Turan Bayramov (74 kq) final görüşünə çıxıb.

Həlledici görüşdə iranlı Məhəmmədsadıq Firuzpura 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

 Hacı Əliyev  final görüşünə çıxıb.

Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.

Digər xəbərlər