Rövşən Nəcəf Elxan Məmmədovu "nokaut"a salır: kanalını da əlindən alır

Rövşən Nəcəf Elxan Məmmədovu "nokaut"a salır: kanalını da əlindən alır
Futbol, Eksklüziv
327
29 Mart 2024 - 15:21

Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA-nın yeni prezidenti seçilməsi gözlənilən SOCAR-ın rəhbəri Rövşən Nəcəf, futbolumuzu qara günə salan keçmiş baş katib, icraçı vitse-prezident Elxan Məmmədovu hərtərəfli zərərsizləşdirmək niyyətindədir.

R.Nəcəf, federasiyaya prezident gələndən sonra E.Məmmədovun nəzarətində olan "CBC Sport" kanalıyla bağlı addım atmağı düşünür.

SOCAR tərəfindən əsas maliyyəsi verilən kanal, yarandığı gündən AFFA-nın nəzarətində olub.

Federasiyanın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "CBC Sport"u istədiyi kimi idarə edib.

E.Məmmədov, FİFA-nın Paris ofisində çalışsa da, AFFA və "CBC Sport"dan əlini çəkməyib.

O, qurumdakı, kanaldakı kadrları vasitəsilə proseslərə müdaxilə edərək öz istəklərini reallaşdırıb. 

Supersport.Az-a verilən məlumatda bildirilib ki, "CBC Sport"un adı dəyişdirilərək "İTV Sport" ola bilər.  

AFFA-nın aprelin 2-də keçiriləcək seçkisindən sonra E.Məmmədovun kanalıyla bağlı qərar veriləcəyi gözlənilir. 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğlu, İctimai Televiziyanın baş direktoru, Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən İK üzvlüyünə namizədliyi verilən Balakişi Qasımovun da AFFA-nın vitse-prezidenti seçiləcəyi bildirilir. 

Digər xəbərlər