"Qarabağ"ın keçmiş silahlarıyla güclənmək planı

"Qarabağ"ın keçmiş silahlarıyla güclənmək planı
Futbol
636
29 Mart 2024 - 09:13

Supersport.Az-ın məlumatına görə, ölkə çempionatının 11-ci dəfə qalibi olmağın bir addımlığında olan "Qarabağ" heyətini gücləndirəcək. 

Ağdam klubu bunu keçmiş futbolçularını komandaya qaytarmaqla etməyi planlaşdırdığı bildirilir. 

"Qarabağ" "Yurqorden"də forma geyən Musa Qurbanlını 1 illik icarəyə gətirmək istəyindədir. Millimizin 22 yaşlı hücumçusunun İsveç klubuyla 2026-cı ilin iyununa kimi müqaviləsi var.

Azərbaycan çempionu "Kocaelispor"da çıxış edən digər forvardı Ramil Şeydayevi heyətinə cəlb edə bilər. 28 yaşlı futbolçunun Türkiyə klubuyla müqaviləsi gələn ilin iyununda başa çatacaq.

"Qarabağ" "Sent-Etyen"də olan İbrahima Vadjini də qaytara bilər. Seneqallı 28 yaşlı hücumçu 2 ildir ki, Fransa klubundadır və müqaviləsi gələn ilin iyununda bitəcək. 


Digər xəbərlər