"Qarabağ"ın əsas silahını Fransa klubu aldı - iddia

"Qarabağ"ın əsas silahını Fransa klubu aldı - iddia
Futbol
3460
28 Mart 2024 - 15:51

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Fransanın "Tuluza" klubu ilə anlaşıb.

Supersport.Az xəbər verir ki, "Transfer Nabzı" "X" hesabında belə məlumat yayılıb. 

Bildirilib ki, klub prezidenti Damyen Komolli bu transferdə aktiv rol oynayıb.

Tərəflərin mövsümün sonunda rəsmi müqavilə imzalayacağı iddia olunur.

Xatırladaq ki, Ağdam klubu ilə kontraktı 2026-cı ilin yayında başa çatacaq Juninyoyla "Beşiktaş" da maraqlanır. "Qarabağ"ın Türkiyə klubundan 8 milyon avro istədiyi bildirilir.



Digər xəbərlər