Üç yığma komanda da final mərhələsində

Üç yığma komanda da final mərhələsində
Futbol, Eksklüziv
97
27 Mart 2024 - 11:00

Gürcüstan, Ukrayna və Polşa 2024-cü il Avropa Futbol Çempionatının (AVRO-2024) final mərhələsinə vəsiqə qazanıb.

Supersport.Az xəbər verir ki, hər üç ölkənin seçmə komandası da iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək yarışda mübarizə aparacaq.

Polşa əsas və əlavə vaxtda 0-0 bitən matçda penaltilərlə Uelsi 5-4 hesabı ilə məğlub edərək, Niderland, Avstriya və Fransanın yer aldığı D qrupunda döyüşəcək.

Ukrayna isə İslandiyaya 2:1 hesabı ilə qalib gəlib və E qrupunda Belçika, Slovakiya və Rumıniya ilə qüvvəsini sınayacaq.

Digər xəbərlər