"Beşiktaş"ın direktoru: "Qarabağ"ın futbolçusu universaldır, bizə böyük güc verəcək" 

"Beşiktaş"ın direktoru: "Qarabağ"ın futbolçusu universaldır, bizə böyük güc verəcək" 
Futbol, Eksklüziv
434
27 Mart 2024 - 13:09

Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın futbol direktoru Samet Aybaba "Qarabağ"ın hücumçusu Olavio Juninyonu komandaya gətirməkdə israr edir.   


Azərbaycan klubunun braziliyalı forvardı "Bayer"lə 2 oyunda 2 qol vuraraq diqqəti cəlb edib.


"Beşiktaş"ın futbol direktoru Samet Aybabanın rəhbərliyinə "Qarabağ"ın futbolçusu universaldır, onu heyətimizə qatmaq bizə böyük güc verəcək" dediyi bildirilir.


Türkiyə və Azərbaycan klubu arasında ilkin danışıq olduğu, 8 milyon avro istənildiyi xəbəri yayılıb.

Aybabanın mövsüm bitməmiş Bakıya Azərbaycana gələcəyi, "Qarabağ"ın məbləği azaldacağı bildirilir. 


27 yaşlı braziliyalı hücumçu Juninyo həm sağ, sol cinahda, həm də mərkəzdə oynaya bilir. 


Xatırladaq ki, S.Aybaba Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada keçirilən "Bayer" - "Qarabağ" matçını canlı izləyib. 

Digər xəbərlər