AFFA rəhbərliyində kimlər yer alacaq?
Supersport.Az-ın əldə etdiyi məlumata görə, aprelin 2-də AFFA-nın yeni prezidenti seçiləcək Rövşən Nəcəf komandasında bəzi peşəkar futbol mütəxəssisləri görmək istəyir.
Qurum, İcraiyyə Komitəsi üzvlüyünə namizədlərin adlarını açıqlayıb.
AFFA-nın nizamnaməsinə, strukturuna əsasən 4 vitse-prezident də seçilməlidir. Rövşən Nəcəfin komandasında bu vəzifəyə namizədlər sırasında "Qarabağ"ın məşhur baş məşqçisi Qurban Qurbanov, Elşad Nəsirov, olimpiya çempionu İqor Ponomaryov, "Sabah"ın prezidenti, Klublar Komitəsinin sədri Maqsud Adıgözəlov, "Neft" emalı zavodunun direktoru, "Neftçi"nin Müşahidə Şurasının yeni sədri olacaq Xəyal Cəfərov, Balakişi Qasımov və başqa şəxslərin adları olduğu ehtimal edilir. SOCAR-da vitse-prezident olan E.Nəsirov 21 ildir ki, AFFA-da da bu postda çalışır.
Qurban Qurbanov milli komandaya baş məşqçi vəzifəsinə də əsas namizəd göstərilir.
AFFA-nın yeni prezidenti seçiləcək Rövşən Nəcəfin Sərxan Hacıyevi baş katib postunda saxlayacağı gözlənilir.
AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən
AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova Rzazadə – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən