"Azərbaycan yığmasının baş məşqçisi olmaq istəyirəm" - AFFA-dan zəng gözləyir

"Azərbaycan yığmasının baş məşqçisi olmaq istəyirəm" - AFFA-dan zəng gözləyir
Futbol, Eksklüziv
879
24 Mart 2024 - 22:00

Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"dan ayrıldıqdan sonra işsiz qalan Rıza Çalımbay AFFA-dan təklif gözləyir. 

Türkiyə mətbuatına açıqlama verən 61 yaşlı mütəxəssis, bu haqda danışıb.

"Azərbaycan milli komandasından rəsmi təklif olmayıb. Ancaq eşitmişəm ki, məşqçilik üçün adım çəkilib. Azərbaycana məni təklif ediblər. Mən də "görüşərik, danışarıq" dedim. Azərbaycanda federasiyada seçki keçiriləcək. Bu səbəblə danışmamışıq. Düşünürəm ki, seçkidən sonra mənə zəng edəcəklər. Təklif gəlsə, Azərbaycan milli komandasının baş məşqçisi olmağa müsbət cavab verərəm. Superliqa klublarından dəvət olsa da, anamın və qardaşımın səhhətindəki problem səbəbindən razılaşmadım". 

Qeyd edək ki, iki il əvvəl "Sivasspor"a Türkiyə Kubokunu qazandıran Rıza Çalımbay, bir müddət öncə İranın "Persepolis" klubunun təklifni qəbul etməyib. 

Digər xəbərlər