Araz Abdullayev klub tapdı

Araz Abdullayev klub tapdı
Futbol
165
24 Mart 2024 - 21:11
Supersport.Az xəbər verir ki, "Zirə" yeni futbolçu ilə anlaşıb. Paytaxt komandası Araz Abdullayevi heyətinə qatıb. 31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdur.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Neftçi", "Qəbələ", "Qarabağ", "Sumqayıt", İngiltərənin "Everton", Yunanıstanın "Panionis", Kiprin "Anortosis", "Etnikos", Türkiyənin "Boluspor", Kosovonun "Lapi" klublarının şərəfini qoruyub. Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Digər xəbərlər