Çempionlar Liqası: "Real" finalda

Çempionlar Liqası: "Real" finalda
Futbol
141
09 May 2024 - 01:00

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. 

Supersport.Az xəbər verir ki, Madriddə baş tutacaq görüşdə "Real Madrid" "Bayern" ilə qarşılaşıb. 

Komandalar arasında ilk görüş 2:2 hesabı ilə yekunlaşmışdı.

Cavab oyunu da qollu olub. "Real" hesabda geri düşsə də, sonradan 2 qol vuraraq finala vəsiqə qazanıb. 

Çempionlar Liqasının qalibi iyunun 1-də "Uembli"də keçiriləcək görüşdə müəyyənləşəcək. Finalda Dortmund "Borussiya"sı "Real"la qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

23:00 "Real" (İspaniya) - "Bayern" (Almaniya) 2:1 

Baş hakim: Şimon Marçinyak (Polşa)
"Santyaqo Bernabeu" stadionu.
İlk matç - 2:2.

Digər xəbərlər