"Qarabağ" autsayderlə oyunda xallar itirdi, "Zirə"dən "Neftçi"yə dərs

"Qarabağ" autsayderlə oyunda xallar itirdi, "Zirə"dən "Neftçi"yə dərs
Futbol
134
20 Aprel 2024 - 21:00

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçirilir.

Supersport.Az xəbər verir ki, əvvəlcə çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib. Oyun 2:2 hesablı bitib.

Əyalət tənsilçisi məğlub olsa, yarış cədvəlində sonuncu olması rəsmiləşəcəkdi.

Avropa kuboklarına vəsiqə üçün mübarizə aparan “Zirə” ilə “Neftçi”nin oyunu daha böyük maraqla gözlənilirdi. Bir xal fərqlə qonşu pillələrdə qərarlaşan rəqiblər meydana qələbə üçün çıxıblar. "Zirə" azlıqda qalsa da, 3:1 hesablı qələbə qazanıb. 

Turun ilk matçında “Sumqayıt” “Turan Tovuza”u 4:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel

16:30. "Qarabağ" – "Qəbələ" 2:2

Baş hakim: Fərid Hacıyev

Tofiq Bəhramov adına Respublika Stadionu


19:00. "Zirə" – "Neftçi" 3:1

Baş hakim: İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu

NKlublarOQHMT-FX
1Qarabağ30233483-2972
2Sumqayıt311211832-3447
3Neftçi30138939-3047
4Zirə301210826-1846
5Sabah301271142-3743
6Turan Tovuz311191147-4442
7Səbail301091145-4939
8Araz-Naxçıvan30881428-4232
9Kəpəz30871535-5731
10Qəbələ30442221-5816

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 12 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

Digər xəbərlər