UEFA-nın inspektoru "Turan"ın stadionunu yoxladı

UEFA-nın inspektoru "Turan"ın stadionunu yoxladı
Futbol
117
17 Aprel 2024 - 22:00

Supersport.Az-ın məlumatına görə, bu gün UEFA stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olublar. Dörd saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib. 

Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

"Turan" Avropa yarışına vəsiqə qazanacağı təqdirdə, Tovuz klubunun ev oyununu meydanında keçirəcəyi gözlənilir.

Digər xəbərlər