"Real Madrid" "Bayern"ə rəqib oldu

"Real Madrid" "Bayern"ə rəqib oldu
Futbol
122
18 Aprel 2024 - 01:47

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Supersport.Az xəbər verir ki, gecənin iki maraqlı oyunu keçirilib.

"Etihad" stadionunda baş tutan matçda İngiltərədə "Mançetser Siti" İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə başa çatıb. Cavab matçının əsas, əlavə vaxtı 1:1 bitib. Penatilər seriyasında 4:3 hesablı qələbə qazanan "Real" yarımfinala vəsiqə qazanıb. 

"Bayern" –  "Arsenal" oyunu gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə "Alyans Arena"da aydınlıq gətiriblər. Almaniya klubu cavab qarşılaşmasında 1 qol vuraraq yarımfinala adlayıb.  

Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) 1:1 (3:4-pen.)

Qollar: De Bruyne 76 - Rodriqo 12

Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, "Etihad" stadionu.

İlk oyun – 3:3.

23:00. "Bayern" (Almaniya) - "Arsenal" (İngiltərə) 1:0

Qol: Coşua Kimmix 63

Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, “Alyans Arena”.

İlk oyun – 2:2.

Digər xəbərlər