Bayılda 6 qol, "Qarabağ" uduzdu

Bayılda 6 qol, "Qarabağ" uduzdu
Futbol
100
14 Aprel 2024 - 21:00

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tur başa çatıb.

Supersport.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk görüşündə "Səbail" doğma meydanda "Kəpəz"i qəbul edib. Oyunda 6 qol vurulsa da, qalib müəyyənləşməyib. 

Tura "Sabah" - "Qarabağ" matçı ilə yekunlaşıb. Qonaq komanda məğlub olub.

14 aprel (bazar)

"Səbail" – "Kəpəz" 3:3

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"ASCO Arena", 16:30

"Sabah" – "Qarabağ" 3:2

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Masazır stadionu, 19:00

Digər xəbərlər