"Bayer" ingilis klubunu məğlub etdi
Futbol
693
12 Aprel 2024 - 01:51
Suıpersport.Az xəbər verir ki, bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
İlk oyunlar çərçivəsində 4 matç keçirilib.
İtaliyada "Milan"la "Roma" qarşılaşıb. "Canavarlar" səfərdə 1:0 hesabı ilə qələbə qazanıblar.
"Bayer" öz meydanında oyunun sonlarında "Vest Hem"i 2 dəfə məyus edib. Bununla alman klubu məğlubiyyətsiz seriyasını 42-yə çatdırıb.
"Atalanta" İngiltərədən"Liverpul"a 3 qolla dərs keçib.
Portuqaliyada "Benfika" "Olimpik Marsel"i 2:0 hesabı ilə məğlub edib.
Cavab oyunları aprelin 18-də keçiriləcək.
Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
23:00. "Milan" – "Roma" - 0:1
23:00. "Liverpul" – "Atalanta" - 0:3
23:00. "Bayer" – "Vest Hem" - 2:0
23:00. "Benfika" – "Marsel" - 2:1