Azərbaycanın dünya birinciliyində qazancı: 3 medal
Digər, Foto, Sambo
530
06 Oktyabr 2025 - 14:15
Supersport.Az-ın məlumatına görə, İndoneziya paytaxtı Cakartada sambo üzrə yeniyetmə və gənclərin dünya birinciliyi keçirilib.
Beynəlxalq yarışda 72 ölkədən 900 idmançı mübarizə aparıb.
Azərbaycanı yalnız gənclərin yarışında təmsil edən 7 idmançıdan 3-ü medal qazanıb.
Gənclər yığmasının baş məşqçisi Bəxtiyar Hacıyevin rəhbərliyində samboçulardan Cavad İsayev (71 kq) gümüş, Ricat Nadirov (79 kq) və Nicat Rəhimov (64 kq) bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, idmançıları dünya birinciliyinə Azərbaycanın milli komandasının məşqçilərindən Vahid Tarverdiyev, Yaqub Abdullayev, Bəxtiyar Hacıyev və Sehriman Ağayev hazırlayıb.