Qurban Qurbanov problemlərdən danışdı
Futbol
390
04 Oktyabr 2025 - 22:35
Supersport.Az-ın məlumatına görə, "Kəpəz"ə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.
"Azər Bağırova uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başa kollektiv var. "Kəpəz"ə qarşı oynamaq rəqiblər üçün heç də yaxşı olmayacaq. Futbolçuları təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi. Daha istəkli olmalıydıq. Üç gün əvvəl "Kopenhagen"lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. İstəkli olmaq lazım idi. Görünür ki, həmin oyunun atmosferi hələ tam getməyib. Bu gün 3 xal çox vacib idi. Azarkeşlərə təşəkkür edirəm.
"Yorğunluq ola bilər. Oynamayan futbolçular ritmdən uzaq olurlar. Bayaq qeyd etdiyim kimi meydança amili var idi. Topun yerlə getməsinə mane olurdu. Son vaxtlar meydança çox yüklənib. Həm "Turan Tovuz" ev oyunlarını burada keçirir, həm də U-19 komandamız UEFA Gənclər Liqasında burada oynadı. Növbəti matçlarda daha yaxşı olacaq".