Qurban Qurbanov: "Futbolçularım bəzən diqqətsizlik etdilər"

Qurban Qurbanov: "Futbolçularım bəzən diqqətsizlik etdilər"
Futbol
513
21 Sentyabr 2025 - 19:45

Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 5-ci turunda "Araz-Naxçıvan"ı asan məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib. 


"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət oldu. Hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, çox bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az da asanlaşdırdı. "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var. Hansı ki, istənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək var idi. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram".

Digər xəbərlər