İlham Zəkiyev 9 qat Avropa çempionu oldu
Olimpiya, Digər, Cüdo
483
20 Sentyabr 2025 - 19:55
Paracüdoçularımız Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən paracüdo üzrə Avropa çempionatında paralimpiyaçılarımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) gümüş medala sahib çıxıb.
8 qat Avropa çempionumuz İlham Zəkiyev 1/4 finalda moldovalı Oleg Cretulu, yarımfinalda türkiyəli Gökhan Biceri və finalda moldovalı İon Basocu ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu tituluna yiyələnib.
Paracüdoçumuz Dürsədəf Kərimova isə dairəvi sistem üzrə keçirilən yarışda ispaniyalı Maria Fernandez, gürcüstanlı İna Kaldani və böyük britaniyalı Kirsten Taylor üzərində ipponla qələbə qazanaraq Avropa çempionatının gümüş medalçısı olub.