"Neftçi" 500 min avroluq futbolçuyla razılığa gəldi - Eksklüziv
Futbol, Eksklüziv
564
20 Sentyabr 2025 - 13:00
"Neftçi" heyətinə daha bir futbolçu cəlb edəcək.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu hazırda klubsuz olan dayaq yarımmüdafiəçisi Matye İfeanyilə razılığa gəlib. Futbolçunun qiyməti 500 min avrodur.
Qeyd edək ki, 28 yaşlı Matye İfeanyi karyerası ərzində "Kanemi Varriors", "Kano Pillars" (hər ikisi Nigeriya), "Lillestrom"(Norveç), "Osmanlıspor" (Türkiyə), "Sürix" (İsveçrə) klublarında oynayıb.