"Qarabağ" çox yaxşı komandadır, Azərbaycandan minlərlə mesajlar aldım" - Anri
Futbol, Eksklüziv
647
20 Sentyabr 2025 - 08:05
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda "Qarabağ"ın "Benfika"nı səfərdə məğlub etməsi dünyanın gündəminə düşüb.
Məşhur futbolçu, ekspert Tyerri Anri yenidən "Qarabağ" haqda müsbət fikirlər səsləndirib.
Oyundan əvvəl Azərbaycan klubunun Portuqaliyada "Benfika"dan xal qoparacağına inandığını deyən Anri, telekanalda növbəti çıxışında matçın ardından Azərbaycandan minlərlə mesaj aldığını deyib.
"Bu həftə sosial media hesablarım Azərbaycan bayraqlarıyla doluydu. Sabahımı minlərlə mesajla açdım. Mən yalnız gerçəyi söyləməyə çalışdım. "Qarabağ" həqiqətən çox yaxşı komandadır, futbolçuları istər topla, istər topsuz əla hərəkət edir. Məncə ən güclü cəhətləri tam olaraq budur".