Ramil Şeydayev "Neftçi"dən getdi
Futbol
433
10 Sentyabr 2025 - 20:03
Supersport.Az xəbər verir ki, "Neftçi" və futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hücumçuya gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Şeydayev "Neftçi"nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.