Ayxan Abbasov "sülh"dən danışdı -  Video

Ayxan Abbasov "sülh"dən danışdı -  Video
Futbol, Video
430
09 Sentyabr 2025 - 23:21

Supersport.Az Ukrayna futbolçularıyla qollu heç-heçəyə razılaşan Azərbaycan yığmasının baş məşqçi əvəzi Ayxan Abbasovun bəzi fikirlərini videogörüntüyə alıb.




"Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter, mübarizə aparmaq haqda qoymalı oduğumuzu dedim. Hesab necə olsaydı da, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə o dəstəkdi ki, Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istədi. Amma Xaybuallayev zədələndi deyə, onu meydanda saxladıq. Ona olan dəstək, gümrah olduğu vaxtda etmədiyi sprintləri etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə bu istək qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi. Onlar Fransa səfərindən gəlmişdi. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixolji durum var idi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybullayevin gəlişi ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf etsin".

Digər xəbərlər