"Qarabağ"ın rəqibi "Atletik"in dopinqli futbolçusuna şok cəza

"Qarabağ"ın rəqibi "Atletik"in dopinqli futbolçusuna şok cəza
Futbol, Eksklüziv
447
09 Sentyabr 2025 - 07:37

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biri "Atletik Bilbao" klubunun müdafiəçisi Yeray Alvarez dopinq qəbul etdiyi üçün şok cəzayla üzləşib. 


UEFA bu səbəbdən 30 yaşlı Alvaresi futboldan 10 ay kənarlaşdırıb. 


Avropa Liqasında "Mançester Yunayted"lə oyunun ardından "Atletik"in oyunçusu Yeray Alvarezi mayın 1-də Ümumdünya Dopinq Agentliyinin (WADA) nümayəndələri yoxlamadan keçirib.


UEFA İntizam Komitəsi araşdırma nəticəsində futbolçunun dopinqdən istifadə etdiyinin aşkar olunduğunu və bu səbəbdən 10 ay müddətinə qadağa qoyulduğu qərarını açıqlayıb.


2025-in 2 iyunundan cəzalı duruma düşən futbolçu, gələn ilin 2 fevralında məşqlərə, 2 apreldə isə meydana dönə biləcək.


"Atletik Bilbao" klubunun açıqlamasında, UEFA-nın qərarının qadağan olunmuş maddənin saç tökülməsinə qarşı dərmandan düzgün istifadə edilməməsi səbəbindən verdiyi, futbolçunun dopinqdən qəsdən faydalanmadığı bildirilib.


UEFA isə bildirib ki, mövcud qaydalara əsasən, idmançılar öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar və buna görə də Yeray Alvares dərman qəbul etməzdən əvvəl diqqətli olmalıydı. 


Alvares müalicə nətivəsində iki dəfə xərçəng xəstəliyinə qalib gəlib. 


Yeray Alvarez 13 ildir formasını geydiyi "Atletik"lə İspaniya Kubokunu və Superkubokunu qazanıb.


Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda 22 oktyabrda "Qarabağ" İspaniyada "Atletik Bilbao"nun qonağı olacaq.

Digər xəbərlər