Tahir Gözəl: "Bir futbolçuya 8 milyon verib klubu dağıda bilmərik" - Video

Tahir Gözəl: "Bir futbolçuya 8 milyon verib klubu dağıda bilmərik" - Video
Futbol, Eksklüziv, Video
521
06 Sentyabr 2025 - 00:26

Supersport.Az "Qarabağ”ın prezidenti Tahir Gözəlin UEFA Çempionlar Liqasının əsas mərhələsi oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqladığı məqamı videogörüntüyə alıb.


Klub rəhbəri bunu maliyyə ilə bağlı əlaqələndirib.


“Biz bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar, dağılar. Qurban Qurbanov həmin oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Hətta heyətdəki futbolçulara bu dəqiqə 10 milyon təklif gəlsə, onu buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir. Mən Musama, Nərimanıma inanıram. Toral Bayramovun ötən il "Budo-Qlimt"ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının "Ferentsvaroş"a meydana girən kimi vurduğu qol mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik". 


Qeyd edək ki, "Qarabağ" hücumçulardan Andre Klovis, Olavio Juninyo və Sambou Sumano cəlb etmək üçün danışıqlar aparsa da, son anda transferlər alınmayıb. 

Digər xəbərlər