Türkiyə gürcüləri məğlub etdi

Türkiyə gürcüləri məğlub etdi
Futbol
528
04 Sentyabr 2025 - 22:13
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir. 

Supersport.Az xəbər verir ki, E qrupunda yer alan Türkiyə səfərdə Gürcüstan millisi ilə qarşılaşıb.


Türklər ilk oyunda 3:2 hesablı qələbə qazanıb. 

Matçın 3-cü dəqiqəsində hesabı Türkiyə millisinin müdafiəçisi Mert Müldür açıb. Oyunun 41-ci və 52-ci dəqiqələrində isə Kerem Aktürkoğlu fərqlənərək dubla imza atıb.


Gürcüstan yığmasının üzvü Zuriko Davitaşvili 63-cü dəqiqə topu rəqib qapısından keçirib. 


Türkiyə millisinin futbolçusu Barış Yılmaz matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib. Görüşün 90+8-ci dəqiqəsində isə gürcülərin vingeri Xviça Kvaratsxeliya fərqi minimuma endirsə də, meydan sahibləri məğlubiyyətlə barışıb.


Digər xəbərlər