Kamal Quliyev göndərildi, bu məşqçi gətirildi
Futbol
460
03 Sentyabr 2025 - 23:05
Supersport.Az-ın əldə etdiyi məlumata görə, ikinci liqaya yuvarlanan "Qaradağ Lökbatan"da yeni baş məşqçi təyin olunub. Paytaxt komandası Qəzənfər Abbasovla razılığa gəlib. Q.Abbasov birinci liqada çıxış edən MOİK-in baş məşqçisi olub.
"Qaradağ Lökbatan" iyulda müqavilə imzaladığı Kamal Quliyevlə bir müddət əvvəl yolları ayırıb.
Qeyd edək ki, uzun illər Azərbaycan millisinin şərəfini qoruyan Kamal "Xəzər" Sumqayıt, "Neftçi", "Karvan", "Standard, "Voln" (Ukrayna) klubunda forma geyib, köməkçi məşqçi kimi "Neftçi" ilə, baş məşqçi kimi isə "Neftçala" ilə ölkə çempionluğunu qazanıb.