"Qarabağ" 50 milyon manat qazandı - Foto

"Qarabağ" 50 milyon manat qazandı - Foto
Futbol, Eksklüziv, Foto
452
29 Avqust 2025 - 15:53

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə yüksəldiyi üçün böyük məbləğdə vəsait qazanıb.


Supersport.Az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacağı üçün daha 18,62 milyon avro (təqribən 36,76 milyon manat) gəlir əldə edib.


"Qarabağ" ümumilikdə cari mövsüm Çempionlar Liqasının mükafat fondundan qazandığı məbləğ isə 23,775 milyon avrodur (təqribən 46,93 milyon manat). Bura reklam, yayım gəlirləri də əlavə olunsa, təxmini 50 milyon manat edəcək.


"Qarabağ" turnirin əsas mərhələsində əldə etdiyi nəticələrə görə əlavə gəlirlər qazanacaq.


Liqa raundunda qələbə 2.1 milyon, heç-heçə 700 min, 9-16-cı yerlər 1 milyon, 1-8-ci pillələr 2 milyon, 1/8 finalda iştirak 11 milyon, 1/4-ə qatılmaq 12,5 milyon, yarımfinal 15 milyon avro qazandıracaq. 


Finalçılar 18,5 milyon, çempion 6,5 milyon avro qazanacaq.

Digər xəbərlər