"Qarabağ"ın Çempionlar Liqasında rəqibləri məlum oldu - Foto
Bu gün Monakoda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Supersport.Az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək.
Mərasimdə "Qarabağ"ı vise-prezident Fevzihan Aras, baş direktor, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov, əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev, kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev təmsil edib.
Püşkatmada 36 komanda 4 səbətə bölünüb. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.
"Qarabağ"ın rəqibləri
1-ci səbətdən
"Çelsi", İngiltərə (Bakıda)
"Liverpul", İngiltərə( səfərdə)
2-ci səbətdən
"Benfika"', Portuqaliya (səfərdə)
"Ayntraxt", Almaniya (Bakıda)
3-cü səbətdən
"Ayaks", Niderland (Bakıda)
"Napoli", İtaliya (səfərdə)
4-cü səbətdən
"Atletik", İspaniya (səfərdə)
"Kopenhagen", Danimarka (Bakıda)