"Turan Tovuz" La Liqa klubundan futbolçu gətirdi

"Turan Tovuz" La Liqa klubundan futbolçu gətirdi
Futbol
496
18 Avqust 2025 - 14:25

Supersport.Az xəbər verir ki, "Turan Tovuz" heyətini gücləndirib.


Son olaraq İspaniya La Liqasında "Valyadolid"in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silva ilə 2 illik müqavilə imzalanıb. Yetirməsi olduğu "Vasko da Qama"nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi "Olimpik" (Lion) klubunun formasını geyinib. Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

Digər xəbərlər