"Kəpəz"in məğlubiyyətinin səbəbini açıqladı
Futbol
499
18 Avqust 2025 - 00:49
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt"ın 3:0 məğlub etdiyi "Kəpəz"in baş məşqçisi Adil Şükürov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
"İlk növbədə istəyirdik ki, birinci oyunda xal qazanaq, yaxşı nəticə ilə Gəncəyə qayıdaq. Amma təəssüflər olsun ki, ələ düşən imkanımızdan istifadə edə bilmədik. Nəticədə futbolun yazılmamış qanunu öz işini gördü və komandamız qol buraxdı. Bundan sonra da biz hücumda olduğumuz halda əks-hücumda ikinci qolu buraxdıq. Bunun ardınca komandada ruh düşkünlüyü yarandı və yekunda məğlub olduq".