"Neftçi" xallar itirdi, Samir Abasov təşəkkür etdi - Video

"Neftçi" xallar itirdi, Samir Abasov təşəkkür etdi - Video
Futbol, Video
551
17 Avqust 2025 - 16:45

Supersport.Az Azərbaycan Premyer Liqasının birinci turunda "Şamaxı"yla qollu heç-heçəyə razılaşan "Neftçi"nin baş məşqçisi Samir Abasovun fikirlərini videogörüntüyə alıb. O, xallar itirsələr də, komandasından razı qaldığını bildirib. 


"Futbolçularımdan və onların göstərdiyi oyundan tamamilə razıyam. Çünki qələbə qazanmaq üçün sonadək mübarizə apardılar, vuruşdular, çalışdılar. Hər iki hissədə çoxlu sayda qol fürsətimiz oldu. Yeni bir komandayıq. Futbolçuların bir-birilərini tam anlamaqları üçün matçlar lazımdır. Getdikcə daha da yaxşı oynayacağıq, buna əminəm. Çünki komandanın bu gün göstərdiyi oyun, əzm və qələbə istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm".


Digər xəbərlər