Azərbaycanın minifutbol yığmasının rəqibi dünya çempionları oldu

Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı davam edir.
Supersport.Az xəbər verir ki, A qrupunun 3-cü, sonuncu turunda Azərbaycan yığması Mavritaniya millisi ilə qarşılaşıb. Millimiz 2:0 hesablı qələbəylə növbəti mərhələyə vəsiqə qazanıb.
19:30 Azərbaycan – Mavritaniya 2:0
Azərbaycan millisinin heyəti: Ağaseyid Qasımov, Vəli Qafarov - Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirmehti Rzayev, Müseib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev, Kamran Qürbətov, Mirkamil Əliyev, Taleh Babayev, Kamran Abdullazade, Elvin Əlizadə, Məhəmməd Xəlilov, Ramiz Çovdarov
Millimiz bu qrupda Bəhreynlə heç-heçə edib (1:1), Sloveniyanı (4:0) və Mavritaniyanı (2:0) məğlub edib.
Azərbaycan yığmasına növbəti mərhələdə dünya çempionu Rumıniya seçmə komandası rəqib olub. Mayın 27-də keçiriləcək 1/8 final raundunun oyunu 20:30-da başlanacaq.

