"Qarabağ" birinci pilləyə qalxdı
Futbol
592
31 Oktyabr 2025 - 18:53
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
"Qarabağ" "İmişli"ni sınağa çəkib. Ağdam klubu 2:0 hesablı qələbə qazanıb.
"Qarabağ" 9 oyundan 20 xalla liderliyə yüksəlib. "Turan Tovuz" 18 xalla ikinci, "Zirə" 16 xalla üçüncü yerdədir.
Azərbaycan Premyer Liqası
X tur
31 oktyabr
17:00 "Qarabağ" – "İmişli" 2:0
Qollar: Abdullah Zubir, 52, Emmanuel Addai, 82
Azersun Arena