Azərbaycan yığması finalda ruslara uduzdu
Futbol
418
04 Oktyabr 2025 - 15:51
Bu gün Azərbaycanın U-16 millisi III MDB Oyunlarında final görüşünü keçirir.
Supersport.Az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Rusiya millisi ilə qarşılaşır.
Qəbələ şəhər stadionunda keçirilən görüşə 14:00-da start verilib.
Azərbaycan yığması 2:0 önə keçsə də, ruslar 3 qol vuraraq qalib gəlib. Millinin "10 nömrə"si Əli Bəşirov ikinci hissədə dubl edib.
14:00 Azərbaycan - Rusiya 2:3
Qollar: Əli Bəşirov 46, 67